top of page

Qaraqan

Elxan Zeynallı 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7 yaşında məktəbə gedib. 2005-ci ildə Bakı Türk Liseyini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur.

2007-ci ildə yaranan H.O.S.T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa edirlər. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 5 romanın və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellərə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı rusdilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-da çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-сü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır.2013-cü ilin Noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım Beş anonim milyonçu" təqdim edilir.

Bu səhifəni Qaraqana həsr etdiyimizi nəzərə alan əməkdaşlarımız dizaynda nisbətən qara və qırmızı rənglərdən daha çox istifadə etmişlər

Kitabları:

  • Wix Facebook page
  • Wix Twitter page
  • Wix Google+ page

HOST-insanlar // 4:45

Əməyə hörmət olaraq rəy yazmağı unutmayın!

Bu sayt FOİMİN group tərəfindən ərsəyə gətirilmişdir.All rights reserved

bottom of page