
Fav raz
Sizə yaxın olmağa çalışırıq






Paulo Coelho - Rio-Pyedranın sahilində oturdum və ağladım
Yazıçının bu kitabı Yeddinci gündə adlı trilogiyasının ilk əsəridir.1994-cü ildə nəşr olunan bu kitab dünyanın bir çox dillərinə tərcümə edilərək 2,5 milyon oxucu ilə görüşüb.
Əsərin üslubu doğrudan da çox gözəldir. Kitabda iki insanın tutqulu sevgisindən bəhs edilir... Yazıçı öz oxuyucularına bu kitabıyla sanki sevginin müqəddəs olduğun söyləməyə çalışır.
Kitabı qısaca izah etmək gərəksə belə deyərdim…
Bir-birini dəli kimi sevən iki dost və onların eşq macərası… Oğlan dünyanı kəşf etmək üçün arzularının arxasınca gedir… Pilar isə özünə başqa bir həyat seçir… Universitetə daxil olur, işləməyə başlayır, nişanlanır… Bir sözlə özünə yeni bir həyat qurur…Amma sonda nişanlısından ayrılır… Bəlkə də onun sevgidəki bu uğursuzluğunun səbəbi qismətində olan, heç vaxt onu tərk etməyən ilk sevgisi imiş…
20 il sonra… Bu qədər vaxtın keçməsinə baxmayaraq nə Piların, nədəki onun illər boyu gizlincə sevdiyi oğlanın ürəyindəki sevgi azalmır. Düzdür, onlar bu 20 il boyu məktublaşırlar, ancaq əsas maraqlı hadisələr oğlanın təklifi ilə Piların Madrid şəhərinə getməsi ilə başlayır.
Uzun müddət sonra Pilar Madridə gəldikdə sevdiyi oğlanı monastrda oxuyan, vergili bir insan olaraq görür. Yəni onun xəstələri sağaltmaq kimi bir istedadı var idi. O bu 20 il ərzində sevdiyindən uzaq qalaraq özünü sadəcə olaraq dinə, insanlara yaxşılıq etməyə adayıbmış.
Amma Piları görən kimi anlamışdır ki, Pilar ona hər şeydən dəyərli və əziz imiş.
Bütün bunlardan sonra o, çox çətin bir seçim qarşısında qalır: Sevdiyi insan yoxsa monastr? İlahi eşq yoxsa dünyəvi? Axı o bunlardan hansın seçməlidir?
Bu kitabda yazıçı bir növ, qadınlardan başqa kişilərin də öz sevgisi üçün nələrdən vaz geçə biləcəyini, nələri fəda edə biləcəyini göstərməyə çalışıb.
Kitab təsirli və bir o qədər də maraqlıdır. Oxumayanlara məsləhət görərdim :)
Kitabdan seçmələr:
Mən həmişə səni sevmişəm – O danışmağa başladı. Mənim başqa qadınlarım da olub, ancaq təkcə səni sevmişəm. Mən medalyonu həmişə özümlə gəzdirmişəm, nə vaxtsa onu sənə qaytaracağım, cəsarətimi toplayaraq “Mən səni sevirəm” deyəcəyim ümidi ilə … Dünyada hansı yolla gedirəm gedim, o, məni mütləq sənin yanına gətirirdi…
Rio- Pyedronun sahilində oturdum və ağladım…Qoy sular ona qarışmış göz yaşlarımı da uzaqlaşdırsın... Onda mənim məhəbbətim bilməyəcək ki, mən nə vaxtsa onun üçün yas tutmuşam. Qoy sular bütün xatirələri silsin….
Kitabın elektron versiyasın Yüklə!