
Fav raz
Sizə yaxın olmağa çalışırıq






Alid Hüseyni
Xalid Hüseyni (İngiliscə:Khaled Hosseini, Farsça: خالد حسینی) — Əfqan əsilli Amerika yazıçısı
Əfqanıstanın paytaxtı Kabildə bir diplomat ailəsində anadan olub. Yazıçının ailəsi 1980-ci ildə ABŞ-dan siyasi sığınacaq alıb və Amerikaya köçüb. Gənc yaşlarından Amerikanın Koliforniya Ştatında məskunlaşan Xalid hazırda Şimali Koliforniyada yaşayır.
Xalid Hüseyninin ilk romanı "Çərpələng ovçusu" romanıdır. 2004-cü ildə Amerikada çap olunan bu əsər qısa zamanda rekord sayda oxucu taparaq, müasir dünya ədəbiyyatının ən gözəl nümunələrindən birinə çevrilib.
Onun 2003-cü ildə nəşr olunan "The Kite Runner" adlı əsəri dünyada 12 milyondan çox satılıb. "The Kite Runner" uşaq vaxtı başına gələn dəhşətli hadisəni unutmağa və atası ilə dil tapmağa çalışan gənc oğlan Əmirin tarixçəsidir. Romandakı hadisələr monarxiyanın çökməsindən bəhs edir və Taliban hərəkatının dağılmasına qədər Əfqanıstanda, sonra isə Kaliforniyada baş verir. Kitabın başqa bir mövzusu Əfqanıstanda olan etnik qruplar – xəzərlər və puştunlar arasındakı fikir ayrılıqları, eləcə də Əmirin və onun atasının emiqrant həyatından bəhs edir. 2005-ci ildə roman ABŞ-da bestsellerlər arasında 3-cü yeri tutub. 2007-ci ildə kitab əsasında eyniadlı film çəkilib


Xalid Hüseyninin Türkcə çap edilmiş "Min möhtəşəm günəş" romanının üz qabığı

Xalid Hüseyninin Azərbaycanca çap edilmiş "Və dağlardan səda gəldi" romanının üz qabığı

Xalid Hüseyninin Azərbaycanca çap edilmiş "Çərpələng uçuran" romanının üz qabığı